Məktəbdənkənar təhsil müəssisələrində çalışanların 91,8 faizi ali təhsillidir statistika

Azərbaycanın məktəbdənkənar təhsil müəssisələrində hazırda ştat üzrə 1070 pedaqoji işçi çalışır. Onların 91,8 faizi ali, 0,8 faizi natamam ali, 7 faizi orta ixtisas, 0,4 faizi tam orta təhsillidir. Dərnək rəhbərlərinin, bədii rəhbərlərin və müşayiətçilərin sayı 6676 nəfər təşkil edir ki, onların da 63 faizi ali, 1 faizi natamam ali, 30,6 faizi orta ixtisas, 5,4 faizi isə tam orta təhsil alıb. SİA-nın xəbərinə görə, bu məlumat Dövlət Statistika Komitəsinin “Azərbaycanda təhsil, elm və mədəniyyət” adlı məcmuəsində əks olunub. Rəsmi nəşrin 2017-ci ilin əvvəlinə olan məlumatına görə, Təhsil Nazirliyi sistemi üzrə 366 məktəbdənkənar təhsil müəssisəsində 12 min 383 dərnək fəaliyyət göstərir. Dərnəklərdə iştirak edənlərin sayı isə 156 min 189 nəfərdir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə