Təhsilimiz dünya reytinqində: yeni uğurlar

Ölkəmizdə təhsil sahəsində həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, dünya təhsil bazarında və bir sıra nüfuzlu beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyi əhəmiyyətli dərəcədə yaxşılaşıb. Bu baxımdan Dünya İqtisadi Forumunun bir neçə gün öncə açıqlanan hesabatı xüsusilə təqdirəlayiqdir.

Azərbaycan Dövlət İqtisad Universitetindən AZƏRTAC-a bildirilib ki, “Ali təhsil və təlim” indeksi üzrə ölkəmizin mövqeyi son dörd ildə 22 pillə yaxşılaşaraq 90-cı yerdən 68-ci yerə yüksəlib.

Bir sira alt göstəricilər üzrə təhsil sahəsinin nailiyyətləri xüsusilə qürurvericidir. Belə ki, son dörd ildə “Təhsil sisteminin keyfiyyəti” göstəricisi 69 pillə (104-cü yerdən 35-ci yerə), “İdarəetmə məktəblərinin keyfiyyəti” göstəricisi 52 pillə (124-cü yerdən 72-ci yerə), “Riyaziyyat və elmi təhsilin keyfiyyəti” göstəricisi 42-ci pillə (108-ci yerdən 66-cı yerə), “Kadr hazırlığı dərəcəsi” göstəricisi 43 pillə (94-cü yerdən 51-ci yerə), “Yerli ixtisaslaşmış təlim xidmətləri” 35 pillə (79-cu yerdən 44-cü yerə), “Məktəblərdə internetə çıxış” göstəricisi 28 pillə (69-cu yerdən 41-ci yerə) yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə