ADNSU-da multikulturalizmə həsr olunan tədbir keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Müasir qadın və cəmiyyət” İB-nin təşkilatçılığı ilə “Azərbaycanın dünya mədəniyyət sivilizasiyasına verdiyi töhfələr, multikultural dəyərlər” mövzusunda tədbir keçirilib. Universitetdən SİA-ya verilən xəbərə görə, tədbirdə ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev, İB-in sədri Fidan Maqsudova, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin direktoru Elsevər Səmədov, DAHAİ icmasının rəhbəri Ramazan Əsgərov, Talış icmasının rəhbəri professor İmamverdi Həmidov və tələbələr iştirak edib.

Tədbiri giriş sözü ilə açan ADNSU-nun prorektoru, dosent A.Babayev multikultural dəyərlərin təbliğindən və bu sahədə görülən işlərin əhəmiyyətindən söz açıb. Daha sonra iştirakçılar “Multikulturalizm Azərbaycanın Dövlət siyasəti, cəmiyyətimizin həyat tərzidir”, “Azərbaycanda multikultural dəyərlər”, “İslam həmrəyliyi-Azərbaycan nümunəsi” mövzularında çıxış ediblər.

Qeyd edək ki, tədbir ölkəmizin milli maraqlarını, multikultural dəyərlərini, tolerantlığını və islam həmrəyliyini xarici ölkələrdə təbliğ etmək, islamafobiya meyillərinin qarşısının alınmasına dəstək olmaqdır.

Müəllif: Nailə Məhərrəmova
loading...