Azərbaycan-Tacikistan əlaqələri müzakirə edilib

Oktyabrın 12-də təhsil naziri Mikayıl Cabbarov Tacikistan Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyev ilə görüşüb. NAzirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə,görüşdə Azərbaycan və Tacikistan arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib.

Mikayıl Cabbarov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun olaraq aparılan islahatlar barədə səfirə məlumat verib.

Təhsil naziri səfirə ölkəmizdəki fəaliyyətində uğurlar arzulayıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə