Azərbaycan təhsili dünya reytinqində CƏDVƏL

Azərbaycanda təhsil sahəsində həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, dünya təhsil bazarında və bir sıra nüfuzlu beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyi əhəmiyyətli dərəcədə yaxşılaşıb. Bu baxımdan bir neçə gün öncə açıqlanan Dünya İqtisadi Forumun qiymətləndirməsi xüsusilə təqdirəlayiqdir. Belə ki, “Ali təhsil və təlim” indeksi üzrə ölkəmizin mövqeyi son 4 ildə 22 pillə yaxşılaşaraq 90-cı yerdən 68-ci yerə qədər yüksəlib. Bu barədə SİA-ya UNEC-in Marketinq və Kommunikasıya Departamentindən məlumat verilib.

Məlumata görə, bir sira alt göstəricilər üzrə təhsil sahəsinin nailiyyətləri xüsusilə qürurvericidir. Belə ki, son 4 ildə “Təhsil sisteminin keyfiyyəti” göstəricisi 69 pillə (104-cü yerdən 35-ci yerə), “İdarəetmə məktəblərinin keyfiyyəti” göstəricisi 52 pillə (124-cü yerdən 72-ci yerə), “Riyaziyyat və elmi təhsilin keyfiyyəti” göstəricisi 42-ci pillə (108-ci yerdən 66-cı yerə), “Kadr hazırlığı dərəcəsi” göstəricisi 43 pillə (94-cü yerdən 51-ci yerə), “Yerli ixtisaslaşmış təlim xidmətləri” 35 pillə (79-cu yerdən 44-cü yerə), “Məktəblərdə internetə çıxış” göstəricisi 28 pillə (69-cu yerdən 41-ci yerə) yüksəlib.

Gələcəkdə Azərbaycanın uğurlu təhsil siyasətini daha ciddi nailiyyətlər gözlədiyinə inanırıq.

“Ali təhsil və təlim” indeksini formalaşdıran göstəricilərin illər üzrə dinamikası

İllər

Göstəricilər

2014/15-

ci il

2015/16-cı il

2016/17-ci il

2017/18-

ci il

2017/18-ci il 2014/15-ci illə müqayisədə

“Təhsil sisteminin keyfiyyəti”

104

107

72

35

69

“Riyaziyyat və elmi təhsilin keyfiyyəti”

108

104

80

66

42

“İdarəetmə məktəblərinin keyfiyyəti”

124

121

89

72

52

“Məktəblərdə internetə çıxış”

69

68

56

41

28

“Yerli ixtisaslaşmış təlim xidmətləri”

79

82

69

44

35

“Kadr hazırlığı dərəcəsi”

94

90

82

51

43

“Ali təhsil və təlim” indeksi üzrə ümumi nəticə

90

89

78

68

22

Müəllif: Nailə Məhərrəmova
loading...