"Bakı Məktəb Lisey Kompleksinin direktoru işdən çıxarılmayıb" RƏSMİ AÇIQLAMA

Bakı şəhəri üzrə Təhsil İdarəsi Bakı Məktəb Lisey Kompleksinin direktorunun işdən çıxarılması məsələsinə aydınlıq gətirib. SİA-nın xəbərinə görə, məlumatda bildirilib ki, məktəbin direktoru Qafar Hüseynovun işdən çıxarılması barədə xəbərlər yanlışdır.

İdarədən qeyd olunub ki, direktor hazırda fəaliyyətdədir: "Bu şayiələr məqsədli şəkildə yayılır. Qafar Hüseynov səhhəti ilə bağlı bülletendədir. Onu hazırda direktorun təlim-tərbiyə işləri üzrə müavini əvəz edir. Məktəbin idarəçiliyində heç bir problem yoxdur, valideynlərin təşvişi əsassızdır”.

Məlumat üçün nəzərinizə çatdraq ki, Bakı Məktəb Lisey Kompleksində (200 və 43 saylı məktəb) təhsil alan şagirdlərin valideynləri bu gün səhər onlar məktəbin qarşısında toplaşaraq məktəb direktorunun işdən çıxarılmasına etiraz əlaməti olaraq, aksiya keçirirlər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə