Bu məsələyə də aydınlıq gətirildi

Bakıdakı orta məktəblərdə valideynlərdən pul tələb edilməsi ilə bağlı son günlər sosial şəbəkələrdə yayılmış məlumatlara rəsmi münasibət bildirilib. SİA-nın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) məsələyə cavab olaraq BŞTİ-yə heç bir mürüciətin daxil olmadığını açıqlayıb.

“Ümumi təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı konkret faktlara əsaslanan və anonim olmayan müraciətlər olduğu halda araşdırılır və müvafiq tədbirlər görülür. Onu da qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində mütəmadi olaraq profilaktik söhbətlər aparılır və təlimatlandırıcı tövsiyələr verilir. Bu baxımdan valideynlərlə aparılan iş də xüsusilə qeyd olunmalıdır ”- deyə, BŞTİ-dən bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə