Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Strasburq Universiteti və Fransanın Kimya Tədqiqatlar Fondu ilə birgə UFAZ Fondunun yaradılması barədə müqavilə imzalanıb. SİA-nın məlumatına görə, müqaviləni Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Strasburq Universitetinin vitse-prezidenti İren Jakoberger, Fransanın Kimyəvi Tədqiqatlar Fondunun prezidenti, əməkdar elm xadimi Bernar Menye imzalayıb.

UFAZ Fondu Fransa, Azərbaycan və beynəlxalq şirkətlərə UFAZ-ın gələcək inkişafı və onun tədqiqat fəaliyyətinə dəstək vermək imkanı yaradacaq.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə