UNEC-də professor-müəllim heyətinin reytinq siyahısı

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) uğurla tətbiq edilən differensial əməkhaqqı sistemində 2016-2017-ci tədris ili üzrə professor-müəllim heyətinin reytinq siyahısı müəyyənləşib.

UNEC-dən SİA-ya verilən məlumata görə, reytinq siyahısı professor-müəllim heyətinin elmi-pedaqoji fəaliyyətinin 100-dən çox göstəricisi əsasında müəyyən edilir. Differensial əməkhaqqı sisteminin tətbiqində məqsəd professor-müəllim heyətinin elmi-pedaqoji fəaliyyətini UNEC-in hədəfləri istiqamətinə yönəltməkdir. Bu baxımdan sistem UNEC-də nəticəyönümlü fəaliyyətlərin genişlənməsinə, professor-müəllim heyətinin fərdi və qrup məhsuldarlığının yüksəlməsinə, onlar arasında sağlam rəqabət mühitinin yaranmasına, həmçinin tədris, elmi-tədqiqat və inzibati fəaliyyətlərin səmərəliliyinin və keyfiyyətinın yüksəlməsinə xidmət edir.

Xatırladaq ki, reytinq siyahısında 1-10-cu yerləri tutan müəllimlərin maaşları 2017-2018-ci tədris ilində 2 dəfə, 11-30-cu yerləri tutan müəllimlərin maaşları 1,7 dəfə, 31-60-cı yerləri tutan müəllimlərin maaşları 1,5 dəfə, 61-100-cü yerləri tutan müəllimlərin maaşları isə 1,2 dəfə artırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə