“Peşə təhsili haqqında” qanun layihəsi hazırlanır

Milli Məclisin elm və təhsil komitəsi tərəfindən “Peşə təhsili haqqında” qanun layihəsi hazırlanır. SİA-nın xəbərinə görə, layihədə özəl peşə təhsili müəssisələrinin yaradılması da əksini tapıb.

Məlumat üçün nəzərimizə çatdıraq ki, ölkəmizdə peşə təhsilini iqtisadiyyatın hazırkı inkişafına uyğunlaşdırmaq qeyri-neft sektoru üzrə müasir tələblər səviyyəsində kadr hazırlamaqda qarşıya qoyulan əsas hədəflərdəndir. Peşə təhsilinin genişləndirilməsi istiqamətində dövlət tərəfindən atılan addımlar bəhrəsini verməkdədir. Təsadüfi deyil ki, bu il ilk peşə ixtisas təhsili müəssisələrini seçənlərin sayı səkkiz mini ötüb. Bu, ötən illərlə müqayisədə xeyli çoxdur. əmək bazarının peşə təhsili üzrə mütəxəssislərə olan tələbi bu istiqamətdə təklifin yüksək səviyyədə olmasını aktual edir. Həmçinin bu sahə üçün hüquqi bazanın yaradılması zərurəti də meydana çıxır.

Qeyd edək ki, hazırda ölkəmizdə 90-dək dövlət peşə təhsili müəssisəsi fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə