Nazirdən qəbul və buraxılış imtahanlarında yeni modelin hazırlanması ilə bağlı AÇIQLAMA

Azərbaycanda 2 ildən sonra qəbul və buraxılış imtahanlarında tətbiq ediləcək yeni modelin hazırlanması istiqamətində işçi görüş keçirilib. SİA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında bildirib ki, sentyabrın 9-da Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, təhsil nazirinin müavini, DİM-in Direktorlar Şurasının üzvü Ceyhun Bayramov və digər təhsil eksertlərinin iştirakı ilə işçi görüş təşkil olunub. Onun sözlərinə görə, ictimaiyyət bu prosesin mərhələlərindən müvafiq olaraq məlumat alacaq. Nazir qeyd edib ki,nəticə etibarı ilə təklif olunan formata dair məlumatlar ictimaiyyətə açıqlanacaq: "2 ildən sonra qəbul və buraxılış imtahanlarına yeni formatda keçirilməsi ilə bağlı hazırda görülən işlər Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzinin birgə gördüyü işdir. Bu birgə işin zərurəti Azərbaycanın məktəblərində 9 il öncə yeni məzmun proqramının-kurikulum tətbiqi ilə əlaqələndirilib. Eyni zamanda, layihənin əsas məqsədi gənclərin, məktəb məzunlarının bilik və bacarıqlarının qiymətləndirilməsi prosesini daha da təkmilləşdirmək, asanlaşdırmaq və şəffaf etməkdən ibarətdir. Bu istiqamətdə işlər daima həyata keçirilir".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə