15 məktəb direktoru vəzifəsindən azad edilib STATİSTİKA

Ötən tədris ilində Bakı şəhər Təhsil İdarəsinin 1 əməkdaşı, 15 təhsil müəssisənin rəhbəri, 13 direktor müavini, 2 müəllim, 1 laborant, 1 günü uzadılmış qrup rəhbəri vəzifəsindən azad edilib. SİA-nın xəbərinə görə, bunu Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva təhsil işçilərinin ənənəvi sentyabr konfransında çıxış edərkən deyib.

O bildirib ki, sözügedən dövr ərzində Bakı şəhər Təhsil İdarəsinin 1 əməkdaşı, 16 məktəb direktoru, 31 direktor müavini, 78 müəllim,1 uşaq birliyi rəhbəri (UBR)intizam məsuliyyətinə cəlb olunub. Bundan başqa 16 təhsil müəsisəsinin rəhbəri, 3 direktor müavini, 78 müəllimə xəbərdalıq edilib: "Görülən tədbirlər nəticəsində arıq ödənilmiş 17030,86 manat məbləğin dövlə büdcəsinə qaytarılması təmin edilib".

M.Vəliyeva qeyd edib ki, 1 sentyabr 2016 - 1 sentyabr 2017-ci il ərzində Daxili nəzarət sektoru tərəfindən Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində korrupsiya və digər qanun pozuntuları ilə mübarizə istiqmaətində müvafiq tədbirlər görülüb: "Müxtəlif təşkilatlar və vətəndaşlardan Daxili Nəzarət Sektoruna 426 müraciət daxil olub, onlardan 416 müraciət əsaslandırılaraq müvafiq qaydada cavablandırılıb, 10 müraciət isə hazırda icraatdadır. Səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma və digər neqativ hallar nəticəsində 3 ümumitəhsil müəssisəsinin fəaliyyəti ilə bağlı toplanmış sənədlər aidiyyatı üzrə prokurorluq orqanlarına göndərilib".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə