Təhsil işçilərinin ənənəvi konfransı keçirilir YENİLƏNİR

Bakı şəhəri təhsil işçilərinin ənənəvi konfransı keçirilir. SİA-nın xəbərinə görə, konfransda təhsil naziri Mikayıl Cabbarov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, nazirliyin struktur bölmə rəhbərləri, məktəb direktorları, müəllimlər, məzunlar və KİV nümayəndələri iştirak edir.

Tədbirdən öncə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları və bir sıra təhsil işçiləri Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək ruhuna hörmət və ehtiramlarını bildiriblər.

Konfrans Dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Daha sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, hesabat məruzəsi ilə çıxış edib.

Tədbir davam edir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə