Qəbul imtahanlarında uğurlu nəticə göstərərək tələbə adını qazanan abituriyentlərin sənəd qəbulu davam edir. Sİa-nın xəbərinə görə, Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi məlumatına görə, 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrinə əsasən DİM tərəfindən təqdim olunan 42669 plan yerlərinin (müsabiqədənkənar plan yerləri xaric) müsabiqəsində 42804 abituriyent iştirak edib.
Onlardan 36428 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 11775 nəfər dövlət sifarişi əsasında, 24653 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
I mərhələdən sonra ali təhsil müəssisələrinə qəbulolma faizi 85.37-dir. Dövlət ali təhsil müəssisələrində (qəbul planı 36424) vakant yerlərin sayı 3663 (10.06 %), özəl ali təhsil müəssisələrində (qəbul planı 6245) isə 2579-dur (41.30%).
Dövlət və özəl ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alacaq tələbələr ilk kursun təhsil haqqını əvvəlcədən ödəməli olacaqlar. Ödənişli əsaslarla ali məktəblərə qəbul olan tələbələrin bir qismi təhsil haqqından azad ediliblər.
Bəzi kateqoriyalara aid olan tələbələrin təhsil haqqı təsdiqedici sənədlər təqdim etdikləri halda dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
Bu kateqoriyaya dövlət ali təhsil müəssisələrində təhsil alan məcburi köçkün və şəhid ailələrindən olan tələbələr, dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrində əyani təhsil alan, hər iki valideynini 18 yaşına qədər itirmiş və ya ona bərabər tutulan (bir valideynini itirmiş, digər valideyni I və II qrup əlil olan) 23 yaşınadək tələbələr daxildir.
Həmin tələbələr qeydiyyat zamanı müvafiq olaraq məcburi köçkün vəsiqəsi, əlillik vəsiqəsi, şəhidlik vəsiqəsi, valideynlərin ölüm haqqında şəhadətnaməsi- sənədlərin əsli və surətini təqdim etməlidirlər. Digər hallarda ödənişli əsaslarla təhsil alan tələbələr təhsil haqqını ödəməkdən azad olunmurlar.
Bundan əlavə imkansız tələbələrə də güzəşt ediləcəyi istisna edilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
İstehlaka yararsız qida məhsulları məhv edilib
Sosial 18:28Qərbin “VARDANYAN ŞOUSU” – TƏHLİL
Siyasət 18:04SOCAR ilə DVX arasında memorandum imzalanıb - FOTOLAR
İqtisadiyyat 17:25Ötən ay 63 milyon manat ipoteka krediti verilib
İqtisadiyyat 17:19Azərbaycanda yeni nazir əvəzi TƏYİN EDİLDİ
Siyasət 17:18Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edilib
Siyasət 17:09Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq
İqtisadiyyat 16:46Evlərdə yeni otaq: SOYUNMA-GEYİNMƏ OTAĞI - ARAŞDIRMA
Maraqlı 16:35Prezident Şarl Mişeli COP29-a dəvət edib
Siyasət 16:16Sifarişli və qərəzli hesabat - RAKURS
Siyasət 16:12Elmira Süleymanova ilə vida mərasimi başa çatıb
Hadisə 15:12Zərdabda moped, Salyanda avtomobil yanıb
Hadisə 14:34Mbappe PSJ-nin heyətində yeni rekorda imza atıb
İdman 14:25Türk dünyası böyük bir fenomenə çevrilib - Səməd Seyidov
Siyasət 14:20"Qəbələ"nin futbolçusu əməliyyat olunub
İdman 14:14Azərbaycanın ilk ombudsmanı vəfat edib
Hadisə 14:13Türk dövlətləri parlamentləri Qarabağa səfər edəcəklər
Siyasət 13:07"Azərbaycan Macarıstana təbii qaz tədarükünə başlayıb" - Sahil Babayev
İqtisadiyyat 13:04Ötən sutka 46 yanğına çıxış olub - FHN
Hadisə 13:03Milli ideoloji araşdırmaları ilə tanınan alim
Sosial 12:40Baş Prokurorluq-dan mediaya müraciət
Hadisə 12:2793 müəssisədə nöqsanlar aşkarlandı - FOTO
Hadisə 12:21İlham Əliyev və Sadır Japarov Ağdamda
Siyasət 12:20Həqiqi hərbi xidmətə aprel çağırışı yekunlaşır - FOTO
Siyasət 12:15Azərbaycan və Qırğız Respublikası arasında əməkdaşlıq müzakirə edilib
İqtisadiyyat 12:13İcma ABŞ Dövlət Departamentinə cavab verib
Siyasət 12:12Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Hadisə 12:11“Təbiətə valeh olanlar” layihəsi davam edir
Mədəniyyət 12:08Özəl xəbərlər
Digər xəbərlərRedaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
- USD 1,7000 0,00%
- EUR 1,8205 +0,04%
- GBP 2,1193 +0,09%
- RUB 0,0184 +1,09%