Sağlam təhsil siniflərinin sayı artırılıb

Paytaxtdakı ümumi təhsil müəssisələrində “Sağlam təhsil-sağlam millət” layihəsinin tətbiqi genişləndirilir. SİA-nın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin müvafiq əmrinə əsasən, layihə 2017-2018-ci tədris ilində paytaxtdakı 29 tam orta məktəbin 40 sinfini əhatə edəcək.

“Sağlam təhsil-sağlam millət” layihəsinin məqsədi məktəblərdə şagirdlərin sağlamlığının qorunması və təhsil nailiyyətlərinin yüksəldilməsindən ibarətdir.

Layihə 2016-2017-ci dərs ilində BŞTİ-nin tabeliyindəki 27 tam orta məktəbdə 36 sinifdə icra edilib.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində “Sağlam təhsil-sağlam millət” pilot layihəsinin tətbiqinə 2014-2015-ci tədris ilindən başlanılıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə