Qərb Universitetinin tələbələri Londonda yay məktəbində

Qərb Universitetinin tələbələri Londonda yay məktəbində iştirak edirlər. SİA-nın verdiyi məlumata görə, tələbələr burada intensiv ingilis dili dərsləri keçir, dil biliklərini möhkəmləndirir, eləcə də müxtəlif ekskursiyalara qatılaraq Britaniya tarixi ilə daha yaxından tanış olmaq imkanı əldə edirlər.

İştirakçılar eyni zamanda ayrı-ayrı müəssisə və təşkilatlarda təcrübə keçirlər.

Ötən gün tələbələr Kembric Universitetində olub, bu nüfuzlu ali təhsil müəssisəsinin infrastrukturu və təhsil istiqamətləri ilə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə