Qərb Universitetinin müəllimi beynəlxalq treyninq proqramında iştirak edib

Almaniyanın paytaxtı Berlin şəhərində Sorbonne Universitetinin təşkilatçılığı ilə “Təhsil sahəsində qlobal idarəetmə prinsipləri” mövzusunda beynəlxalq treyninq proqramı keçirilib.

Treyninq proqramında Qərb Universitetinin İmtahan və Keyfiyyətə Nəzarət Mərkəzinin rəhbəri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Könül Hilal da iştirak edib.

Bir neçə gün davam edən treyninqlər təhsildə tənqidi yanaşmadan innovativ və kreativ yanaşmaya keçid, mövcud çərçivələrdən kənara çıxaraq yeni ideyaların yaranması və tətbiqi, təhsil müəssisəsinin hər bir əməkdaşının vahid bir məqsəd uğrunda çalışan komandanın faydalı üzvünə çevrilməsi və hər bir təhsil müəssisəsi əməkdaşının çalışdığı müəssisə üçün necə səmərəli fəaliyyət göstərə biləcəyi mövzularını əhatə edib.

loading...