74 məzun dünyanın nüfuzlu universitetlərində magistr təhsili alacaqlar

2010-cu ildən 2017-ci ilədək Azərbaycan Turizm və Menecment Universitetində 2 min 111 nəfər, onlardan 143 nəfəri magistr pilləsini bitirib. SİA-nın məlumatına görə, cari ildə bu ali təhsil müəssisəsində 11 ixtisas üzrə 297 nəfər bakalavr pilləsinin məzunu adını qazanıb.

Onlardan 43 nəfəri buraxılış işi müdafiə edib. Təhsili başa vuran 333 nəfərdən 36-ı magistr pilləsi üzrə, o cümlədən son10 il ərzində171 nəfər məzun həm milli, həm də Azərbaycan-Avstriya Turizm Proqramı (AATP) çərçivəsində ikili diploma sahiblənib. Bu ilki məzunlarımızdan bakalavr pilləsini bitirən 297 nəfərdən 74-ü Avropanın, Amerikanın,Türkiyənin və ölkəmizin nüfuzlu universitetlərində müvafiq ixtisaslar üzrə magistr pilləsində təhsil alacaqlar. Bu günlərdə ATMU-ya qəbul olunan 83 nəfər magistr qeydiyyatdan keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə