ATU tələbələri üçün yeni imkan

Azərbaycan Tibb Universitetində (ATU) yay məktəbi fəaliyyətə başlayıb. SİA-nın xəbərinə görə, yay məktəbinə 36 fənn üzrə 426 tələbə cəlb edilib. Dərslər 10 iyunda başlayıb və 5 həftə davam edəcək. 6-cı həftədə artıq imtahan veriləcək. İmtahanlar dekanlıq tərəfindən seçilmiş xüsusi şəxslər tərəfində aparılacaq.

Yay məktəbi tələbələr üçün böyük əhəmiyyət kəsb edir. Çünki, tibb Universitetində fənlər ardıcıllıqla, belə ki, əgər tələbə anatomiya-1 fənnindən imtahan verməyibsə o, anatomiya-2 fənninin imtahanına buraxılmır. Belə tələbələr üçün bu yay məktəbi çox böyük şansdır. 2016\2017-ci ilin I semestrində Anatomiya-1 fənnindən kəsilən tələbələr, yay məktəbində Anatomiya-2 fənnini götürərsə və bu fənni müvəffəqiyyətlə verərsə, II kursda Anatomiya-3 fənnini götürə biləcək.

Yay məktəbində oxumaq tələbələr tərəfindən çox müsbət qarşılanıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə