150 bal toplamış abituriyentlərə ŞAD XƏBƏR

150 bal toplamış və Qərb Universitetində təhsil almaq arzusunda olan abituriyentlər üçün şad xəbər var. Belə ki, 2017/2018-ci tədris ili üçün bəzi ali təhsil müəssisələrində müəyyən ixtisaslar üzrə ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən az olmayan (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur) abituriyentlərin buraxılması nəzərdə tutulmuşdur. Qərb Universitetində 6 ixtisas üzrə 150 bal müsabiqədə iştirak balı kimi qəbul olunub.

Bu ixtisaslar aşağıdakılardır:

* Meşəçilik

* Meşə materiallarının və ağac emalının texnologiyası mühəndisliyi

* İstehlak mallarının ekspertizası və marketinqi

* Poliqrafiya mühəndisliyi

* Regionşünaslıq (regionlar üzrə)

* Turizm və otelçilik

Bu ixtisasların illik təhsil haqları və geniş xarakteristikası ilə saytımızdan, aşağıdakı linkdən keçid edərək məlumat əldə edə bilərsiniz:

http://wu.edu.az/az/akprog/undergraduate/undcourses/

Dövlət İmtahan Mərkəzinin müvafiq elanı ilə isə aşağıdakı linkdə tanış olmaq olar:

http://dim.gov.az/news/bachelor/3227/

Bütün xəbərlər Facebook səhifəmizdə