Bu il Azərbaycan Texniki Universitetini 1.880 gənc bitirib

İyunun 22-də Azərbaycan Texniki Universitetində (AzTU) “Məzun günü” keçirilib. AzTU-nun rektoru vəzifəsini icra edən Xalıq Yahudov universiteti bitirən gəncləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Bildirilib ki, cari tədris ilində universitetdə 1.880 məzun olub ki, onlardan 1.568-i bakalavr, 160-ı magistrant, 138 nəfər isə ötən tədris ilindən qalanlardır. Bakalavriat səviyyəsində məzun olanlardan 14-ü xarici ölkə vətəndaşıdır.

X.Yahudov Azərbaycan iqtisadiyyatının dinamik inkişaf etdiyini, bu gün ölkəmizdə yüksəkixtisaslı, bacarıqlı, hazırlıqlı mühəndis kadrlara böyük ehtiyac olduğunu söyləyib. O, müasir müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin təhsilin inkişafına daim böyük önəm verdiyini, Ulu Öndərin bu siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib.

Sonra universitetin ictimai həyatında fəal iştirak etmiş məzunlara tələbə həmkarlar və tələbə gənclər təşkilatlarının fəxri fərmanları təqdim olunub. Tədbir ədəbi-bədii kompozisiya ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə