5 yaşlıların 65 faizi məktəbə hazırlığa cəlb ediləcək

Növbəti tədris ilində Bakıda bütün 5 yaşlıların 65 faizinin məktəbə hazırlığa cəlb edilməsi nəzərdə tutulub. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) SİA-ya verilən məlumata görə, 2015-ci ildə məktəbəhazırlıq proqramı bütün 5 yaşlı uşaqların 24 faizini əhatə edirdisə, 2016-cı ildə bu göstərici 55 faiz olub.

2015-ci ildə məktəbəhazırlıq proqramı bütün 5 yaşlı uşaqların 24 faizini əhatə edirdisə, 2016-cı ildə bu göstərici 55 faiz olub.

2016-2017-ci tədris ilində BŞTİ-nin tabeliyindəki 261 məktəbdə fəaliyyət göstərən 839 məktəbəhazırlıq qrupunda 23 130 uşaq təhsil alıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə