Azərbaycan-Aİ arasında imzalanacaq sənədin bəzi DETALLARI

"Avropa Birliyi ilə Azərbaycan arasında imzalanacaq sənəd 400 səhifədən ibarətdir. SİA-nın xəbərinə görə, məlumatına görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev mətbuat konfransında bildirib.

O deyib ki, sazişin siyasi aspektləri sırasında Dağlıq Qarabağ münaqişəsi önəmli yer tutur. F.Şəfiyev qeyd edib ki, sənəddə Dağlıq Qarabağ konflikti ilə bağlı Azərbaycanın mövqeyi dəstəklənir.

Mərkəz sədri əlavə edib ki, sənəddə geosiyasi məsələlər də öz əksini tapıb: "Bildiyiniz ki, son 15 ildə Azərbaycan tərəfindən enerji, nəqliyyat layihələrinə sərmayə qoyulub. Bu, Avropa Birliyi tərəfindən dəstəklənir. Vaxtilə Aİ Bakı-Tbilisi-Qars layihəsini dəstəkləməmişdi. Lakin hazırda AB layihəni, ekəcə də Şərq-Qərb dəhlizi ilə bağlı layihəni dəstəkləyir. Sazişlə bağlı digər humanitar məsələləri var ki onlar da həll olunub".

"Avropa Birliyi də Azərbaycanla bu sazişin tezliklə imzalanmasını arzulayıram",- deyə F.Şəfiyev əlavə edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə