Çağlar Söyüncü müqaviləsini yeniləməyə hazırlaşır

"Lester" futbolçusu Çağlar Söyüncünün müqaviləsini yeniləməyə hazırlaşır. SİA Britaniya mətbuatına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi 23 yaşlı oyunçunun 2023-cü ilin yayına kimi olan sözləşməsini daha 2 il - 2025-ci ilin iyununun 30-na kimi uzatmaq istəyir. Türkiyəli müdafiəçinin həftəlik gəlirinin 75 min funta qaldırılacağı da bildirilib.

Qeyd edək ki, Ç.Söyüncü ilə "Mançester Siti" və "Arsenal"ın da maraqlandığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə