"TANAP vasitəsilə Türkiyəyə qaz idxalı 2020-ci ildə tam gücünə çatacaq"

Trans-Anadolu qaz kəməri (TANAP) ilə Türkiyəyə qaz idxalı həcminin 2020-ci ilin iyunundan sonra planlaşdırılan 6 milyard kubmetrədək çatacağı gözlənilir. Bunu Trend-ə “SOCAR Turkey Energy” şirkətinin Xarici əlaqələr şöbəsinin rəhbəri Murat Lekompte deyib. O qeyd edib ki, TANAP birinci mərhələdə ildə 16 milyard kubmetr qaz nəql edəcək: “Bunun 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri Avropaya tədarük ediləcək”.

Onun sözlərinə görə, boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin əlavə investisiyalar sayəsində 31 milyard kubmetrədək artırılması imkanı var: “Yaxın illərdə Azərbaycan ölkənin digər qaz yataqlarındakı əlavə hasilat sayəsində Cənub-Şərqi Avropa ölkələri üçün vacib qaz tədarükçüsünə çevriləcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə