Rusiyadan OPEC açıqlaması: İstehsal kvotalarına yenidən baxılacaq

Rusiya OPEC və digər qeyri-OPEC neft istehsalçılarının (“OPEC plus”) bu həftə keçiriləcək toplantısında istehsal kvotalarına yenidən baxılmasını gündəmə gətirəcək. Bu barədə Rusiyanın Energetika naziri Aleksandr Novak deyib.

Nazir iclasda neft bazarındakı son proseslərin müzakirə olunacağını, noyabrda hasilatın azaldılması üzrə razılaşmanın 85 faiz yerinə yetirildiyini qeyd edib: “Dekabrda razılaşmanı 100 faiz yerinə yetirməyi planlaşdırırıq. Vyanadakı iclasda neft bazarındakı son inkişaflarla yanaşı, istehsal kvotalarına yenidən baxılmasını gündəmə gətirəcəyik. Qaz kondensatı istehsalının da kvotalara daxil edilməsini istəyirik”.

Bütün xəbərlər Facebook səhifəmizdə