Gürcüstanın noyabr ayında idxal etdiyi elektrik enerjisinin 60 faizi Rusiyanın, 40 faizi isə Azərbaycanın payına düşüb

Cari ilin yanvar-noyabr aylarında Gürcüstan 1415 milyon kilovat/saat elektrik enerjisi idxal edib. Bu da 2018-ci ilin 11 ayı ilə müqayisədə 10 faiz çoxdur.

SİA xəbər verir ki, bu barədə “Gürcüstanın Elektrik Enerjisi Sisteminin Kommersiya Operatoru” məlumat yayıb.

Məlumatda deyilir ki, noyabr ayında isə Gürcüstan ümumilikdə 200 milyon kilovat/saat elektrik enerjisi idxal edib. Bu da illik müqayisədə 10 faiz azdır.

Gürcüstanın noyabr ayında idxal etdiyi elektrik enerjisinin 60 faizi Rusiyanın, 40 faizi isə Azərbaycanın payına düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...