Təsdiq olunmuş büdcə uğurlu bir büdcədir

Bildiyiniz kimi həcm etibarilə 2020-ci ilin büdcəsi ən böyük büdcədir. Uğurlu bir büdcədir. Bunu SİA-ya açıqlamasında YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Hüseynov deyib.

Millət vəkili bildirib ki, büdcəmizin gəlir hissəsi 24,5 milyard manatdır: "Xərc hissəsi 26,9 milyard manatdır. “Göründüyü kimi doğrudan da həcm etibarilə çox böyük büdcədir. Büdcəmiz 2020-ci ildə həm sosial, həm investisiya yönümlü olacaq. Sosial yönümlü büdcəmizin ən üstün cəhəti ondan ibarətdir ki, növbəti ildə 2,6 milyard manat sosial tədbirlərə daha çox vəsait ayrılıb. Bu isə əmək haqqının, pensiya və təqaüdlərin yenidən artımı üçün bizə imkan verəcək”.

A.Hüseynov qeyd edib ki, büdcənin sosial yönümlü olması həmçinin zəruri xərclərin - ərzaq, dərman kimi xərclərin ödənişini təmin etmiş olacaq. “Digər tərəfdən də büdcəmiz invesitisiya yönümlüdür və 7,8 milyard manat investisiya xərclərinə vəsait nəzərdə tutulub. Bu isə ölkə iqtisadiyyatının prioritet istiqamətlərində layihələrin həyata keçirilməsi deməkdir. İnfrastrukturların yenilənməsi, dəyər gətirəcək yeni layihələrin həyata keçirilməsi bağlı bu vəsaitlər nəzərdə tutulub”.

Sonda isə vurğulayıb ki, bütövlükdə həm kənd təsərrüfatında, sənaye sahəsində, eləcə də digər istiqamətlərdə tədbirlərin layihələşdirilməsi üçün büdcəmizdə vəsait nəzərdə tutulub. “Düşünürəm ki, büdcənin həcm etibarilə böyük olması bütün sahələrin daha da çox inkişafına zəmin yaradacaqdır”.

Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...