“Azəristiliktəchizat” ASC-nin sədr müavini mətbuat konfransı keçirib TƏDBİR-FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyasının İcra Katibliyində “Azəristiliktəchizat” ASC-nin sədrinin müavini İlham Mirzəliyev mətbuat konfransı keçirib. SİA-nın verdiyi məlumata görə, mətbuat konfransında İlham Mirzəliyev qış mövsümünə hazırlıq işləri ilə bağlı ətraflı məlumat verib.

O bildirib ki, ölkəmizdə qazanılan nailiyyətlərin əsasını Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən inkişaf strategiyası təşkil edir. Onun sözlərinə görə, ölkə rəhbərliyinin vətəndaşların kommunal xidmət təhcizatının yaxşılaşdırılması, mövcud problemlərin opertaiv həlli, son nəticədə vətəndaş məmnunluğunun təmin olunması ilə bağlı tapşırıqlarının icrası istiqamətində müvafiq addımlar atılır. Bütün bunlar ölkə iqtisadiyatının və əhalinin yüksək standartlara cavab verən kommunal xidmətlərlə təhcizatı ilə bağlı bu xidmətləri göstərən müəssisələr qarşısında da məsul vəzifələr qoyur.

İ.Mirzəliyev deyib ki, bu baxımdan, aktual əhəmiyyət kəsb edən məsələlərdən biri də ölkədə dayanıqlı istilik təhcizat sisteminin yaradılması, əhalinin etibarlı və keyfiyətli istiliklə təmin edilməsidir. O qeyd edib ki, ölkəmizdə istilik təhcizatı sisteminin bərpası və yaxşılaşdırılmasında dönüş nöqtəsi 2005-ci ilə ölkə Prezidenti tərəfindən indiki “Azəristiliktəhcizat” ASC-nin yaradılması oldu. Ötən illər ərzində Prezident İlham Əliyevin tapşırığı ilə ciddi işlər görülüb. İlk növbədə, təhsil və səhiyyə müəssisələrində istilik sistemlərinin bərpası ilə bağlı çoxsaylı layihələr icra edilib, yaşayış binalarında sistemlərin bərpasına başlanılıb və bu gün də bu işlər davam etməkdədir.

İ.Mirzəliyevin sözlərinə görə, təmsil etdiyi qurumun strategiyasının 3 əsas prinsipi var. Bunlar uzun illər 1960-70-ci illərin texnologiyalarına əsaslanan həddən artıq mərkəzləşmiş sistemlərin tədricən yenidən qurularaq istilik məntəqələri olan qazanxanalara çevrilməsi, istiliklə təmin edilməyən ərazilərin müəyyənləşdirilib orada optimal istilik sistemlərinin yaradılması və mövcud köhnə tipli qazanxanaların modernləşdirilərək müasir tipli qazanxanalara çevrilməsindən ibarətdir. Bu strategiya nəticəsində 2005-2019-cu illərdə 170 istilik mənbəyi yaradılıb, 109 köhnə tipli qazanxana müasirləşdirilib, 57 istilik məntəqəsi müasir qazanxanaya çevrilib, 300-ə yaxın qazlaşma layihəsi icra edilib, 1900-dən artıq yaşayış binasında, 400-dən artıq təhsil və səhiyə müəssisələrində istilik sistemi bərpa edilib.

Ümumilikdə, bu illər ərzində 2700-dən artıq istilik təhcizatı sistemi ilə bağlı layihələr icra olunub. Bunun nəticəsidir ki, bu gün Bakı şəhəri və respublikanın regionlarında 600-ə yaxın qazanxana istismar edilməklə 3800 yaşayış binası, 291 məktəb, 150 uşaq baxçası, 159 səhiyyə müəssisəsi və 1300-dən artıq digər sosial obyektlər “Azəristiliktəhcizat” ASC-nin xidmət sahəsinə daxil olmaqla istiliklə təmin edilir.

İ.Mirzəliyev əhaliyə göstərilən xidmətə görə tariflərdə yaxın vaxtlarda heç bir artım gözlənilmir.

Sonra mətbuat konfransında jurnalistlərin sualları cavablandırılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...