İtaliyanın Pyemont vilayəti Azərbaycan ilə münasibətləri inkişaf etdirmək niyyətindədir

İtaliyanın Pyemont vilayəti Azərbaycan ilə münasibətləri inkişaf etdirmək niyyətindədir.

SİA xəbər verir ki, bu barədə Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə ilə görüşündə regionun başçısı Alberto Çirio bildirib.

Alerto Çirio Azərbaycana bir neçə il əvvəl etdiyi səfərini xatırladaraq ölkəmizin iqtisadi yüksəlişi və zəngin mədəniyyətindən aldığı təəssüratları da bölüşüb. O qeyd edib ki, Azərbaycanın multikultural modeli dünyaya örnək ola bilər.

Görüş zamanı növbəti yazda Azərbaycandan iş adamlarının sözügedən regiona səfərinin təşkili məsələsi müzakirə olunub. Həmçinin Azərbaycan və Pyemont arasında təhsil sahəsində də təcrübə mübadiləsinin məqsədəuyğunluğu irəli sürülüb. Vurğulanıb ki, son illərdə Azərbaycandan Turin Universitetinə gələn tələbələrin sayı artıb.

Digər maraqlı məsələlərin də müzakirə olunduğu görüşdə Pyemontdan olan senator, Azərbaycan-İtaliya Parlamentlərarası Dostluq Qrupunun vitse-prezidenti Mariya Rizotti də iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə