Balakən rayonunda meyvə istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 902,5 ton artıb

Balakən rayonunda 12 min 969,6 hektar meyvə bağı var. Bu ilin yanvar-oktyabr aylarında meyvə bağlarından 26 min 299 ton məhsul tədarük olunub. Meyvə istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 902,5 ton artıb. Məhsulun 9 min tonu xurma, 4 min 885 tonu alma, 3 min 582 tonu armud, qalanı isə digər meyvələr olub.

SİA Balakən Rayon Statistika İdarəsinə istinadən bildirir ki, bu il rayonun fındıq bağlarından 6 min 249,6 ton məhsul tədarük olunub. Fındıq istehsalı ötən illə müqayisədə 45 tonadək artıb. Fındıqçılığın inkişaf etdirilməsi məqsədilə cari ildə rayon ərazisində 400 hektarda yeni fındıq bağları salınaraq, mövcud bağların sahəsi 10 min 344,1 hektara çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...