Azərbaycanda büdcə qaydası dəyişib. SİA-nın məlumatına görə, bu “Büdcə sistemi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna görə, icmal büdcə xərclərinin yuxarı həddi cari ilin təsdiq olunmuş icmal büdcə xərclərinin 103 faizindən çox olmamalı idi. Dəyişikliyə əsasən, bu halda növbəti ilin proqnozlaşdırılan inflyasiya səviyyəsi nəzərə alınacaq. Başqa sözlə, layihəyə əsasən, icmal büdcə xərclərinin yuxarı həddi cari ilin təsdiq olunmuş icmal büdcə xərclərinin növbəti ilin proqnozlaşdırılan inflyasiya səviyyəsi nəzərə alınmaqla indeksləşdirilmiş məbləğinin 103 faizindən çox olmamalıdır.

Layihə bu gün Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılaraq qəbul edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə