9 ayda BTC kəməri ilə 23,6 milyon ton neft daşınıb

Cari ildə Azərbaycandakı magistral neft kəmərləri ilə 29 milyon 381,8 min ton neft nəql olunub. Dövlət Statistika Komitəsindən SİA-ya bildirilib ki, nəqletmənin 80,5 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və yanvar-sentyabr aylarında bu kəmərlə 23 milyon 648,2 min ton neft nəql edilib. Hesabat dövründə BTC ilə 3 milyon 431,4 min ton tranzit nefti də ötürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə