"Vergi sektorunda şəffaflığın artırılması vacibdir" - EKSPERT

"Vergi sektorunda və eyni zamanda vergi yığmada şəffaflığın artırılması vacibdir. Və ölkə Prezidenti tərəfindən 2018-ci ilin sonunda bu il üçün müəyyənləşdirilən iqtisadi prioritetlərdə də əsas hədəf kölgə iqtisadiyyatına qarşı mübarizənin gücləndirilməsi, gömrük və vergi sistemində islahatların genişləndirilməsi ilə bağlıdır". Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Ekspert vurğulayıb ki, Prezident İlham Əliyev qeyd etdiyi kimi məhz bu istiqamətdə, xüsusən əvvəllər vergi sektorunda olan problemlərin mərhələli şəkildə aradan qaldırılması müşahidə olunur: "Cənab Prezidentin dediyi kimi kimi əvvəlki dövrlərdə vergi sisteminin dəyişməyəcəyi ilə bağlı ideya formalaşmışdı. Lakin islahatlar və ölkə prezidentinin siyasi iradəsi nəticəsində bu sektorun liberallaşması və şəffaflığın artırılıması ilə bağlı aparılan fəaliyyətlər bir tərəfdən vergi ödəyicilərinin hüquqlarının qorunması baxımından vacibdir, digər tərəfdən bu praktik olaraq dövlət büdcəsinə daha çox vəsaitlərin cəlb edilməsinə imkan yaradır”.

V.Bayramov vurğulayıb ki, bu cəhətdən son müşavirə də göstərir ki, vergi daxilolmalarda artımlar var: "Nəticə etibarilə bu sahədə vergi yığımlarının genişlənməsi və daha çox verginin büdcəyə ödənilməsi, həm də büdcənin fizikal öhdəliyinin yerinə yetirilməsi baxımından çox vacibdir. Prezidentin də göstərişi ondan ibarətdir ki, vergi və gömrük sektorunda islahatlar davam etdirilməlidir və son müşavirə ondan xəbər verir ki, biz yaxın dövlərdə bu sahədə daha çox işlərin və islahatların aparılmasını müşahidə edəcəyik. Bu da birmənalı şəkildə şəffaflığın genişləndirilməsinə müsbət təsir göstərəcək".

Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə