İqtisadi islahatlar sahibkarlığın inkişafına müsbət təsir göstərir

Son illər Azərbaycanda genişmiqyaslı iqtisadi islahatlar həyata keçirilir. SİA xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev oktyabrın 14-də Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ ) VII Zirvə Görüşü çərçivəsində keçirilən biznes forumda deyib.

Məmməd Musayev Azərbaycanda genişmiqyaslı iqtisadi islahatların həyata keçirildiyini, bu islahatların, eləcə də qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində görülmüş işlərin ölkə iqtisadiyyatının, o cümlədən sahibkarlığın inkişafına müsbət təsir göstərdiyini qeyd edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə