“Aqrar Tədarük və Təchizat” ASC “Qatar Airways” şirkətini ərzaqla təchiz edəcək.

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC “Qatar Airways” şirkətini ərzaqla təchiz edəcək.

SİA cəmiyyətin İdarə Heyətinin sədri Leyla Məmmədovaya istinadən xəbər verir ki, bununla bağlı ötən ay tərəflər arasında razılıq əldə olunub. “Aqrar Tədarük və Təchizat” ASC-nin sədri daha sonra qeyd edib ki, ilkin olaraq Qətərə quş və yumurta məhsullarının ixracı nəzərdə tutulur. “Qatar Airways” bu məhsulların keyfiyyətindən razı qaldıqdan sonra digər məhsulların, meyvə və tərəvəzin də ixracı planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə