Bank BTB Rəqamsal Marketinq mütəxəssisini işə dəvət edir

Bank BTB Marketinq departamentinin Reklam və İctimaiyyətlə Əlaqələr şöbəsinə Rəqamsal Marketinq mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.

Namizədə tələblər:

· Ali təhsil (biznes və marketinq istiqamətli);

· Rəqəmsal marketinq üzrə 2 il və daha artıq iş təcrübəsi;

· Sosial media, Google Ads, SEO üzrə biliklər

· Yaradıcı və analitik düşünmə qabiliyyəti;

· Yüksək ünsiyyətqurma və yazı bacarığı;

· Azərbaycan dili, rus dili və orta səviyyədə ingilis dili bacarığı;

· Qrafik dizayn proqramlarından (Photoshop və Coreldraw) istifadə etmək bacarığı arzu olunandır (üstünlük veriləcək);

· MS Office proqramlarında işləmə bacarığı;

İş barədə məlumat:

· Bankın sosial şəbəkədəki səhifələrinin kontent planını hazırlaması və yerləşdirilməsi;

· Məhsul və xidmətlərin təşviqi üçün maraqlı kontentin hazırlanması və yerləşdirilməsi (brend çərçivəsində);

· Bankın rəqəmsal platformada fəaliyyətinin effektivliyinin təhlili və hesabatı;

· Müxtəlif onlayn kanallar vasitəsilə Bankın reklam fəaliyyətinin icrası;

· Sosial mediada paylaşılacaq vizualların dizayn edilməsinə dəstək olmaq;

· Korporativ saytın admin panelinin idarə olunması və ümumi nəzarətin təşkili;

· Şirkətin müxtəlif digital kanallar vasitəsilə reklam kampaniyalarını idarə etmək;

· Axtarış platformalarının optimizasiyası ilə məşğul olmaq;

· Səhifələri daima nəzarət altında saxlamaq;

· Kopirayter və sosial media işi ilə bağlı müasir texnologiyalara bələdlik, yeni trendlərdən xəbərdar olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 Oktyabr 2019-cu il tarixinədək cv@btb.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Rəqamsal Marketinq mütəxəssisi ) göstərməyiniz xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə