Səudiyyə Ərəbistanı neft emalı obyektlərinin fəaliyyətini bərpa etməsi neftin ucuzlaşmasına səbəb olub

Ər-Riyaddan daxil olan nikbin xəbərlər fonunda neftin qiyməti çərşənbə günü bir qədər də ucuzlaşıb. Belə ki, Səudiyyə Ərəbistanı həftəsonu dron hücumlarının sıradan çıxardığı neft emalı obyektlərinin yarısının fəaliyyətini bərpa etdiyini xəbər verir.

SİA “sozcu.com.tr” saytına istinadən xəbər verir ki, ABŞ xam nefti 1 dollar ucuzlaşaraq bareli 58.29, 'Brent' markalı xam neft isə 85 sent düşərək bareli 63.70 dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə