Komitənin bir qrup əməkdaşı Buxarestdə təlim səfərinə qatılıblar FOTO

2019-cu 17-20 sentyabr il tarixlərində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin nümayəndələri “Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Aİ-nin dəstəyi” layihəsi çərçivəsində Rumıniya Milli Statistika İnstitutunda təlim səfərində olublar. SİA-nın verdiyi məlumata görə, məqsəd Rumıniya Milli Statistika İnstitutunun rəsmi internet səhifəsinin strukturu, məlumatların yerləşdirilməsi, istifadəçi qruplarının maraqları, statistik məlumatların yayılması, istifadəçilərlə əlaqələrin qurulması, coğrafi informasiya sistemləri, inzibati məlumatlardan istifadə sahəsində təcrübəsinin öyrənilməsidir.

Səfər müddətində Ruminiya mütəxəssislərinin İnstitutun rəsmi internet səhifəsinin strukturu haqqında, yayım sahəsində mövcud olan qanunverici sənədləri, statistik məlumatların yayılması və istifadəçilərlə əlaqələrin qurulması, istifadəçi qruplarının bölgüsü, onların statistik məlumatlarla təmin olunma prosesi, coğrafi informasiya sistemləri, statistik məlumatların elektron xəritələr vasitəsilə yayılması, yayımlanan statistik məlumatların əhatə dairəsi, inzibati məlumatlardan istifadə, həmçinin statistik məlumatların istehsalı prosesində informasiya və kommunikasiya texnologiyalarının tətbiqi sahəsində təqdimatları nümayiş olunub. Eyni zamanda, Dövlət Statistika Komitəsinin əməkdaşları tərəfindən Ruminiya Milli Statistika İnstitutunun mütəxəssislərinə Dövlətstatkomun rəsmi internet səhifəsinin strukturu, statistik məlumatların toplanması, işlənməsi və yayılması prosesi, mövcud yayım növləri, həmçinin son illər bu istiqamətlərdə həyata keçirilmiş islahatlar və layihələr barədə ətraflı məlumat verilib.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Rumıniya Milli Statistika İnstitutu arasında qarşılıqlı əməkdaşlığın perspektivləri də müzakirə edilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...