“Hər bir inkişafın təməlində sahibkarlığa yaradılan münbit şərait dayanır” – Rauf Cəbrayıllı

“Azərbaycanda sürətli inkişaf təbii olaraq bütün sahələrdə, o cümlədən iqtisadi sferada da özünü ciddi və uğurlu şəkildə göstərməkdədir”. SİA xəbər verir ki, bu fikirləri gənc iş adamı Rauf Cəbrayıllı açıqlamasında qeyd edib.

Qeyd edək ki, R.Cəbrayıllı 19 yaşından əmək fəaliyyətinə başlayıb və qısa müddətdə öz fəallığı, eləcə də uğurlu layihələri ilə seçilib. Xüsusilə, Bakı və ətraf rayonlarda davamlı şəkildə aparılan tikinti-quruculuq işlərində ən çox istifadə edilən armatur materialının istehsalı ilə məşğul olan gənc iş adamı saytımıza qarşıdakı vəzifə və planları, habelə yeni layihələri barədə fikirlərini bölüşüb. O, hazırda ölkəmizdə aparılan tikinti islahatlarının tikinti bazarına da töhfələr verdiyini bildirib. “Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələrin idxal gücü hər keçən gün artır”, deyə qeyd edən R.Cəbrayıllı həmçinin deyib ki, bunun ən əsas səbəbi qeyri-neft sektoruna olan yatırımlar və bu sahədə aparılan məqsədyönlü siyasətdir.

Onun sözlərinə görə, tikinti materiallarının ixracında gömrük gömrük rüsumlarında edilən müəyyən endirimlər də bazarlarda qiymətlərin azalmasına səbəb olub. Bu isə ən önəmli iqtisadi siyasətin uğurlu nəticələrindən biridir: “Yeni ildən bir sıra tikinti məhsullarının ölkəyə gətirilməsinə tətbiq edilən gömrük rüsumlarında dəyişikliklər edilib. Buna görə bəzi tikinti məhsullarının ölkəyə gətirilməsi xərcləri azalıb. Həmin məhsulların qiymətində ucuzlaşması isə tikinti bazarında canlanmaya səbəb olub”.

R.Cəbrayıllı sonda onu da bildirib ki, əldə edilən hər bir iqtisadi nailiyyətin təməlində sahibkarlığın inkişafı üçün yaradılan münbit şərait reallığı dayanır.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...