Türkiyə Azərbaycanın ən çox investisiya yatırdığı ölkədir

Azərbaycanın xaricdə ən çox investisiya yatırdığı ölkə Türkiyədir. SİA xəbər verir ki, İqtisadiyyat naziri Şahin Mustafayev bunu jurnalistlərə müsahibəsində deyib.

“Türkiyə ilə Azərbaycan bütün sahələrdə uğurlu əməkdaşlıq edir. Ölkələrimizin iqtisadi potensialı çox yüksəkdir. Sərmayələr sahəsində nəticələrimiz uğurludur. Azərbaycan Türkiyə iqtisadiyyatına 15 milyard dollardan, Türkiyə şirkətləri isə ölkəmizə 12 milyarddan artıq investisiya yatırıb. Xaricdə Azərbaycanın ən çox investisiya yatırdığı ölkə məhz Türkiyədir. Azərbaycanın dövlət büdcəsi hesabına həyata keçirilən və dəyəri 15,5 milyard dollarlıq 299 layihədə Türkiyə şirkətləri podratçı qismində iştirak edirlər. Bu da bizim əməkdaşlığımızın ən önəmli göstəricilərindəndir. Türkiyə və Azərbaycan şirkətlərinin birgə layihələr vasitəsilə daha uğurlu əməkdaşlıq qura biləcəyini hesab edirik. İmkanlarımız Neft-kimya, əczaçılıq, dərman istehsalı, yüngül sənaye sahələrində daha genişdir. Biz Türkiyə ilə bu sahələrdə də əməkdaşlığımızı dərinləşdirə bilərik”, - deyə nazir bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...