Hazırda Azərbaycanda 3 mindən çox türk şirkəti fəaliyyət göstərir
Hazırda ölkəmizdə Türkiyə kapitallı 3 mindən çox şirkət fəaliyyət göstərir. SİA xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev deyib.
“Türkiyə şirkətləri ölkəmizdə həyata keçirilən 300-dək layihədə podratçı qismində iştirak edirlər. Bu şirkətlər ölkəmizə 12,2 milyard dollar investisiya yatırıb. Azərbaycan isə Türkiyə iqtisadiyyatına 15,5 milyard dollar sərmayə qoyub”, - deyə nazir əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə