Mərkəzi Bank 150 milyon manat cəlb edir

Sentyabrın 16-da Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək. SİA banka istinadla xəbər verir ki, hibrid hərracda 150 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür. “Bloomberg” ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 6,26-7,99 faiz təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...