2020-ci il üzrə büdcəmiz 24,484 milyard manat olacaq - PROQNOZ

Gələn il üzrə dövlət büdcəsinin gəlirləri 24 milyard 484 milyon manat məbləğində proqnozlaşdırılır. SİA Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, bu, 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1 milyard 316 milyon manat və ya 5,7 faiz çoxdur.

Büdcə gəlirlərinin tərkibində qeyri-neft gəlirləri (10 milyard 536,5 milyon manat) 43 faiz, neft gəlirləri (13 milyard 947,5 milyon manat, o cümlədən Dövlət Neft Fondundan transfert 11 milyard 767,5 milyon manat) isə 57 faiz təşkil edəcək.

2020-ci il üzrə dövlət büdcəsinin tərkibində gözlənilən qeyri-neft gəlirləri cari ilə nisbətən 1 milyard 68,8 milyon manat və ya 11,3 faiz çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə