Kreditlərin 97,5 faizi banklar tərəfindən verilib

Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, iyulun 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 13 milyard 482,6 milyon manat təşkil edib. Dövlət Statistika Komitəsindən SİA-ya bildirilib ki, ümumi kredit portfelinin 10 milyard 831,3 milyon manatı və ya 80,3 faizi uzunmüddətli kreditlərin payına düşüb.

Kreditlərin 97,5 faizi banklar, 2,5 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 486,5 milyon manat olub və ümumi kredit portfelinin 11 faizini təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...