Naxçıvanda 1 milyard 545 milyon manatdan çox ÜDM istehsal olunub

Muxtar respublikada 2019-cu ilin yanvar-iyul aylarında 1 milyard 545 milyon 776 min 400 manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz çoxdur. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən bildirilib ki, hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz artaraq 3382,4 manat olub.

Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 636 milyon 155 min 100 manat dəyərində məhsul istehsal edilib. Bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə