Bu il ölkəmizə 28,8 min ton ət idxal olunub

Bu ilin yanvar-iyul aylarında ölkəyə 28 min 804 ton ət idxal olunub. SİA xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. Hesabat dövründə idxal edilən ətin dəyəri 43 milyon 329 min ABŞ dolları olub. Xatırladaq ki, ötən ilin yeddi ayında 37 milyon 827 min dollarlıq 25 min 687 ton ət idxal edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...