Asiya İnkişaf Bankı və İnnovasiyalar Agentliyi arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Avqustun 17-də Asiya İnkişaf Bankının Azərbaycanda daimi nümayəndəlik mərkəzi və Qərbi Asiya departamentinin ölkə üzrə direktoru Nariman Mannapbekovun rəhbərlik etdiyi nümayəndə heyəti İnnovasiyalar Agentliyinin fəaliyyəti ilə tanış olublar. Agentlikdən AZƏRTAC-a bildirilib ki, qonaqlar agentlikdə yaradılmış şəraitlə, burada fəaliyyət göstərən laboratoriya və Barama Biznes İnkubasiya və Akselerasiya Mərkəzi ilə tanış olublar. Görüş zamanı İnnovasiyalar Agentliyinin idarə heyətinin sədri Tural Kərimli agentliyin yüksək texnologiyalar sahəsindəki fəaliyyəti, gələcək planları və tədbirləri haqqında qonaqlara ətraflı məlumat verib. Daha sonra iki qurum arasında qarşılıqlı əməkdaşlıq perspektivləri və birgə layihələr barədə müzakirələr, Azərbaycanda mövcud olan investisiya imkanlarına dair qarşılıqlı fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...