Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 120 milyon ABŞ dollarını ötüb

Cari ilin yanvar-iyul aylarında Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 120 milyon ABŞ dollarını ötüb. SİA Belarus Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycana Belarusdan idxalın həcmi 109 milyon 62 min dollar, Azərbaycandan Belarusa ixracın həcmi isə 11 milyon 443 min dollar olub. Ötən il Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 204 milyon ABŞ dollarına yaxın olub ki, bu da 2017-ci ilin analoji göstəricisindən təxminən 56 milyon dollar çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə