Həştərxan-Bakı aviareysinin açılması işgüzar əlaqələrin genişlənməsinə səbəb olub

Həştərxan ilə Bakı arasında aviareysin açılması işgüzar əlaqələrin genişlənməsinə səbəb olub.

SİA xəbər verir ki, Həştərxan qubernatorunun vəzifəsini yerinə yetirən İqor Babuşkin Birinci Xəzər İqtisadi Forumunda çıxışında bildirib ki, Həştərxan ilə Bakı və Aktau arasında birbaşa aviareyslərin açılması nəticəsində işgüzar əlaqələr genişlənib. O, Həştərxan aeroportundan Türkmənistan və İran paytaxtlarına, eləcə də Qazaxıstanın Atırau şəhərinə birbaşa aviasiya reyslərinin açılmasını təklif edib. İ.Babuşkinin fikrincə, bu, biznes əlaqələrinin möhkəmlənməsinə təkan verər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...